Akardan Rusiya və Ukraynaya çağırış

  • By admin
  • 31 Yanvar 2022 20:14
“Bizim mövqeyimiz son dərəcə aydındır. Biz illərdir deyirik ki, Qara dənizdə həmsərhəd olan ölkələrlə Montrö sazişi çərçivəsində sülh, dialoq və rifah içində yaşamağın tərəfdarıyıq”.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, Türkiyə Qara dənizdə dialoqa dair üzərilərinə düşən hər şeyi edib.
“Bir tərəfdə Rusiya, digər tərəfdə Ukrayna ilə dialoqumuz var. Habelə NATO qarşısında bütün öhdəliklərimizi yerinə yetirmişik və yerinə yetirməyə davam edirik. Gərginliyin artması ciddi təhlükəyə səbəb ola bilər. Türkiyə olaraq bütün tərəfləri əməkdaşlıq və dialoqa çağırırıq”, – deyə nazir qeyd edib.
Gununsesi.info