Bir çox seriallarda tarixi obrazları canlandıran türkiyəli aktyor Ümid Gündeş oğurluq etdiyi üçün tutulub.
Gununsesi.info xəbər verir ki, məlumatı türk mediası yayıb.
Bildirilir ki, aktyor İstanbulun Beylikdüzündə bir marketdən 15 min lirə dəyərində zeytun yağı oğurlayıb.
Bəylikdüzü polisi kamera qeydlərindən şübhəlinin Ümid Gündeş olduğunu müəyyən edib.
Ovçular (Avcılar) bölgəsində yaşadığı deyilən Gündeş gizləndiyi ünvanda polis tərəfindən yaxalanıb.
Gündeş ən son “Kuruluş Osman” serialında rol alıb.