Nərimanov Tibb Mərkəzinə yeni direktor təyinatı olub.
Gununsesi.info “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Təranə Əmirxan qızı Quliyeva təyin olunub.
Qeyd edək ki, T.Quliyeva bu təyinatadək Şağan Reabiltasiya Pansionatının direktoru vəzifəsində çalışıb.











