Aslan İsmayılov ona salam verən prokurorun əlini geri çevirdi - SƏBƏB

  • By admin
  • 03 Oktyabr 2025 16:05
“Bu gün vaxtilə Bakı Ağır Cinayətlər Məhkəməsində iştirak etdiyim bir işdə qanunsuzluq edən, etirazıma hörmətsizcəsinə cavab verən və proses zamanı məni hədələyən prokuror Vüsal Mehralıyev heç nə olmamış kimi gülə-gülə bir neçə vəkilin yanında salam verdi. Mən isə  “Qanunsuzluq və Allahsızlıq edən şəxslərin salamını heç vaxt almamışam və almayacağam”, – deyib kənara çəkildim”.
Gununsesi.info xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov sosial şəbəkədə yazıb.
Vəkil daha sonra qeyd edib: “Az sonra, hər dəfə olduğu kimi, proses gecikdiyindən məhkəmənin həyətinə düşdüm. Həmin prokuror və bir neçə vəkil qızğın müzakirə aparırdılar. Təxminən 45-50 yaşlarında olan bir vəkil fəxrlə, mənim də eşitməyim üçün ucadan dedi: “Yüzlərlə müştərimi heç vaxt prokurora, hakimə və ya vəkil həmkarıma dəyişmərəm. Müştəri bu gün var, sabah yoxdur.
Deyilənlərin ünvanı olduğumu anlayaraq cavab verdim: “Mən isə əksinə, heç bir müştərimin maraqlarını yüz hakimə, prokurora və ya vəkilə dəyişmərəm. Bu cür yarınmaq istəyinizə görə də prokurorlar və hakimlər sizi adam yerinə qoymurlar. Yalnız al-verinizin yaxşı getməsi üçün onlara yarınmaq istəyirsiniz. Amma yaddan çıxarmayın ki, həmin əlacsız müştərilər həyatlarını sizə etibar edirlər. Onların maraqları ilə bu cür al-ver etməyinizin cavabını hər birinizdən Uca Allah soruşacaq.” – deyib həyəti tərk etdim.
Əminəm ki, əgər hakimiyyət rəsmiləri sabah məni cəzalandırmaq istəsələr, bu cür vəkillər və prokurorlar “Aslan İsmayılov xuliqanlıq edib, məhkəmənin binasını uçurub” – deyə, nəinki ifadə verəcəklər, hətta bundan da öz maddi maraqları üçün yararlanmaq istəyəcəklər. 2018-ci ildə haqqımda yalandan “məni və digər proses iştirakçılarını təhqir etdi, qapını sındırdı” yazan Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyev hal-hazırda Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin sədridir”.
Elmar
Gununsesi.info