AŞPA tarixində ilk dəfə qadın Baş katib seçildi – FOTO

  • By admin
  • 26 Yanvar 2021 22:44
Avropa Şurası Parlament Assambleyasına yeni Baş katib seçilib.

Bu barədə məlumat AŞPA-nın rəsmi “Twitter” səhifəsində dərc edilib.

Məlumatda qeyd olunur ki, AŞPA-nın qış sessiyası çərçivəsində keçirilən səsvermədə Despina Çatsivaliu-Tsovilis qurumun yeni Baş katibi seçilib.

O, öz vəzifəsinin icrasına martın birindən başlayacaq

Qeyd edək ki, Despina Çatsivaliu-Tsovilis AŞPA-nın 72 illik tarixində bu postu tutan ilk qadın olacaq.

 

Gununsesi.info