Buna icazə versək, ruhumuz əziyyət çəkəcək – Bayden

  • By admin
  • 27 Yanvar 2021 09:16

İrqçiliyin davam etməsinə icazə verildiyi müddətcə ruhumuz əziyyət çəkəcək.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden ötən il polis tərəfindən qətlə yetirilən Corc Floyd barədə danışarkən deyib.

“Floydun öldürülməsi milyonlarla amerikalının gözünü açdı. Dünyada milyonlarla insan amerikalıların ədalət çağırışına qoşuldu. Bunu unuda bilmərik”, – ABŞ Prezidenti söyləyib.

Bayden ölkədə sistematik irqçiliyin önəmli problemlərə yol açdığını, ancaq artıq hərəkətə keçməyin vaxtının gəldiyini qeyd edib.

Gununsesi.info