Astarada ev yanaraq külə döndü

  • By ilhame
  • 17 Aprel 2024 19:46

Astarada 6 otaqlı ev yanaraq külə dönüb.

 

Gununsesi.info-nun məlumatına görə, yanğın rayonun dağlıq ərazisində, Marzəsə kəndində baş verib.

 

Belə ki, Maarif Mütəllim oğlu Babayevə məxsus fərdi yaşayış evi yanıb.

 

FHN Astara Rayon Yanğından Mmühafizə Hissəsinin texnikaları yol olmadığından hadisə yerinə çata bilməyiblər. Nəticədə iki mərtəbəli 6 otaqlı yaşayış evi bütünlüklə yanıb.

 

Yanğnın səbəbi araşdırılır.

Gununsesi.info