Avropa İttifaqı İranla danışıqlara başlayır

Avropa İttifaqı Hörmüz boğazının açılması üçün İranla danışıqlara başlamaq istəyir.

Gununsesi.info xəbər verir ki, bu barədə İtaliyanın “Repubblica” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Brüssel NATO-nun birbaşa iştirakı olmadan gəmiləri müşayiət etmək üçün Hörmüz boğazına Avropa qüvvələrinin göndərilməsini nəzərdən keçirir.