Avropa İttifaqı Yaxın Şərqdəki münaqişə səbəbindən yeni miqrasiya dalğasından qorxur

  • By Admin2
  • 03 Mart 2026 11:15

Avropa İttifaqı ( Aİ ) hakimiyyəti Yaxın Şərqdəki münaqişə səbəbindən yeni miqrasiya dalğasından qorxur.

Gununsesi.info xəbər verir ki,  bu barədə “Politico” qəzeti Aİ rəsmisinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Avropa Daxili İşlər və Miqrasiya üzrə Komissarı Maqnus Brunner bu məsələ ilə bağlı Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə danışıqlar aparıb.

Qeyd olunur ki, Yaxın Şərqdəki münaqişə Qətərin mayeləşdirilmiş təbii qaz istehsalını dayandırmasından sonra Aİ-nin enerji təchizatını şaxələndirmək planlarını da poza bilər.

Maqsud

Gununsesi.info