Avropa Liqası: Polşa klubu pley-offa yüksəldi

  • By admin
  • 23 Sentyabr 2020 22:40

UEFA Avropa Liqasında III təsnifat mərhələsinə start verilib. 

Gununsesi.imfo-nun məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib. Kiprdə “Apollon” klubu Polşa “Lex”ini qəbul edib. Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb – 5:0. İlk yarıda cəmi 1 qol vurulduğu halda, fasilədən sonra meydan sahibləri daha 4 dəfə məyus olublar.

Cütün taleyi bir oyundan ibarət olduğu üçün “Lex” pley-off mərhələsinə yüksəlib. Növbəti rəqibi isə “Şarlerua” (Belçika) / “Partizan” (Serbiya) duelinin qalibi olacaq.

23 sentyabr

Avropa Liqası
III təsnifat mərhələsi

20:00. “Apollon” (Kipr) – “Lex” (Polşa) – 0:5

Qollar: Pedro Tiba, 42; 90+2. Mikael İşak, 47. Yakub Kaminski, 58. Sikora, 81

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin digər oyunları sentyabrın 24-də gerçəkləşəcək.

 

 

Gununsesi.imfo