Avropa Şurasının yeni insan hüquqları komissarı kimdir?

  • By admin
  • 18 Aprel 2024 15:20

Azərbaycanlıların da yaxından tanıdığı Avropa Şurasının İnsan Hüquqları Üzrə Komissarı Dunya Miyatoviç artıq öz postu ilə vidalaşıb.

Gununsesi.info-nun xəbərinə görə, AŞ PA yeni komissarı 6 illik müddətinə təyin edib.

Bu, Maykl O’ Flahertidir.

Avropa Şurasının İnsan Hüquqları üzrə beşinci komissarı olan Maykl O’ Flaherti bu vəzifədə 6 il çalışacaq.

 

İrlandiyalı hüquqşünas O’ Flaherti 2015-2023-cü illər ərzində Aİ-nin Əsas Hüquqlar Agentliyinin direktoru  vəzifəsini tutub.

Bundan əvvəl isə o,  Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin üzvü, Şimali İrlandiyanın İnsan Hüquqları üzrə Ali Komissarlığı vəzifələrində çalışıb.

Yeni kommisar haqqında bildirilir ki, insan hüquqlarına sadiq qaldığı onilliklər ərzində o, kitab və məqalələrin nəşri və müxtəlif universitetlərdə tədris də daxil olmaqla, onların təbliği və müdafiəsinə mühüm töhfələr verib.

 

Pərviz Həşimli

Gununsesi.info