“Avropanın arxa bağçası”: ABŞ prezidentliyinə namizədlər -Ukraynaya hərbi yardımın əleyhinə çıxıblar

“Respublikaçı” Vivek Ramasvaminin fikrincə, Ukraynadakı müharibə yalnız Qərbi Avropa ölkələrinin preroqativinə çevrilməlidir. Florida qubernatoru Ron DeSantis də öz növbəsində Co Baydenin Rusiya və Çinin birləşməsinə səbəb olan siyasətini tənqid edib.

Bu barədə Gununsesi.info Fox News-yə istinadən xəbər verir. Birləşmiş Ştatlar maddi-texniki cəhətdən dəstəkləməklə Ukraynaya sonsuz kömək etməyəcək, çünki belə yardım donor dövlətin özünə ziyan vurur. Bu barədə martın 13-də Fox News telekanalı məlumat yayıb. Bu fikri Florida qubernatoru, respublikaçı və ABŞ prezidentliyinə ehtimal olunan namizəd Ron DeSantis deyib.

Qubernatorun sözlərinə görə, ABŞ-ın bir çox mühüm maraqları var, lakin onların siyahısında Ukrayna və Rusiya arasında “ərazi mübahisəsi” yoxdur. Siyasətçi onu da əlavə edib ki, amerikalıların ABŞ vergi ödəyicilərinin milyardlarla dollarının Ukraynada necə istifadə olunduğunu bilmək hüququ var. Bundan əlavə, Desantes ABŞ-ın hazırkı prezidenti Co Baydenin xarici siyasətini tənqid edib. Florida qubernatoru hesab edir ki, Rusiya Federasiyasını Çinlə faktiki müttəfiqliyə sövq edən məhz Baydenin siyasəti olub. Siyasətçi vurğulayıb ki, ABŞ-ın Ukrayna ilə Rusiya Federasiyası arasında hərbi münaqişədə iştirakı dünyanı nüvə müharibəsi astanasına qoya bilər.

Tərcümə:

Adil ELXANOĞLU

Gununsesi.info