Avstraliyadan Ukraynaya 74 milyon dollarlıq əlavə hərbi yardım

  • By admin
  • 26 İyun 2023 17:19

Avstraliyanın Baş naziri Antoni Albaneze tərəfindən verilən açıqlamada hökumətin Ukraynaya 74 milyon dollarlıq əlavə yardım edəcəyi açıqlanıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, yardım çərçivəsində 28 zirehli texnika, bütövlükdə, 74 hərbi sursat və texnika vasitəsinin Ukraynaya göndəriləcəyi bildirilir.

Alabaneze ölkəsinin hər 4 ayda bir dəfə Ukraynaya yardım etdiyini deyib.

O, ölkədəki insanı ehtiyacları qarşılamağa dəstək olmaq üçün BMT vasitəsi ilə Kiyevə 6,7 milyon dollarlıq yardım edəcəyini sözlərinə əlavə edib.

 

 

Tərcümə: Arzu

Gununsesi.info