Azərbaycanın 3 cüdoçusu “Böyük Dəbilqə”nin sonuncu günündə mübarizəyə başlayacaq

  • By ilhame
  • 04 Fevral 2024 09:33

Bu gün Azərbaycanın daha üç cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə”də mübarizəyə başlayacaq.

 

Gununsesi.info xəbər verir ki, sonuncu yarış günündə Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşangi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.

 

90 kq.

Vüqar Talıbov – Mariano Koto Bersyer (Argentina)

Elcan Hacıyev – Sanşiro Murao (Yaponiya)

 

+100 kq.

Uşangi Kokauri – Bubakar Mane (Qvineya-Bisau) / Klement Musumadi (Konqo Demokratik Respublikası) görüşünün qalibi ilə

 

Qeyd edək ki, daha əvvəl Zelim Tçkayev (81 kq) gümüş medal əldə edib.

Gununsesi.info