Azərbaycan neftinin qiyməti azalıb

  • By Mina
  • 11 Aprel 2024 10:45

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

 

Gununsesi.info xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti 0,82 ABŞ dolları və ya 0,88% azalaraq 92.26 dollar təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Gununsesi.info