Azərbaycanda iki yeni peşə təhsil müəssisəsi yaradılacaq – FOTO

  • By admin
  • 28 May 2021 14:33

“Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olduq”.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın Təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, bir müddət əvvəl hökumətlər arasında peşə təhsili sahəsində əməkdaşlığa dair imzalanan Protokola əsasən yaxın zamanda Azərbaycanda Türkiyə Respublikasının təcrübəsinə əsaslanan iki yeni peşə təhsil müəssisəsi yaradılacaq.