Azərbaycanda koronavirus infeksiyasına 4 680 yeni yoluxma faktı

  • By admin
  • 07 Fevral 2022 17:15

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 680 yeni yoluxma faktı qeydə alınıb, 2 134 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 27 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 703 334 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 648 512 nəfər müalicə olunaraq sağalıb, 8 898 nəfər vəfat edib. 45 924 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 442, bu günə qədər isə ümumilikdə 6 278 899 test icra olunub.

 

 

 

Gununsesi.info