Azərbaycanın “Uşaq Avroviziyası – 2025″də təmsilçisinin adı məlum olub

  • Müəllif: Firuzə
  • 23 Sentyabr 2025 13:29

Azərbaycanın “Uşaq Avroviziyası – 2025” mahnı müsabiqəsində təmsilçisinin adı məlum olub.

Gununsesi.info xəbər verir ki, müsabiqədə Azərbaycanı Yağmur Nəsrullayeva təmsil edəcək.

Qeyd edək ki, müsabiqə bu il dekabrın 13-də Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək. İştirakçımızın səsləndirəcəyi mahnı oktyabrda təqdim olunacaq.

 

Gununsesi.info