Sirr deyil Dağlıq Qarabağ münaqişəsindən dolayı Azərbaycan dövləti xarici siyasətdə xüsusilə həssas idi.
Yəqin elə bu üzdən idi ki, Azərbaycanın vətən müharibəsinə qədər apardığı iç “siyasi darama” işindən xarici siyasət idarəsi və onun rəhbərliyi kənarda qalmadı.
XİN həm də məhz Dağlıq Qarabağ münaqişəsindən dolayı böyük dövlət vəsaitlərinin sərf olunduğu sahədir. Əvvəl də, indi də. Düzdür indi “aydan arı”, “sudan duru” elə sabiq və hələ də xidmətdə olan səfirlər, konsullar, xüsusi nümayəndələr var ki, fəaliyyətləri üz qarasıdır. Ancaq həm də baş ucaldan diplomatlar var.Böyük bir sahədə çalışan hər kəsə hikkəsi böyük, bacarığı xırda adamdan dolayı üz qarası demək ədalətsizlik olardı. Bu və digər məsələlər ətrafında Azərbaycanın Moldovadakı səfiri Qüdsü Osmanovla söhbətləşmişik. Söhbətə niyə zərurət yaranıb deyən olsa, bəri başdan cavab verirəm. Moldovadakı Azərbaycan səfirliyi ən bərbad vəziyyətdə olan diplomatik nümayəndəliklərdən idi.
Binası yararsız, təmirsiz, konsulluğu zirzəmidə, səfiri də kilsədə mühazirə deməkdə. Nə isə başlayaq söhbətə, görək hazırki səfir nə deyir, dünən və bu gün haqda?!
– Əlində bel tutan diplomat görmək qəribədir. Şərqli məmur obrazı deyi bu. Yeni şərqli məmur obrazıdır bəlkı də. Amma bəlkə diplomatiya elə həm də budur, lazım gələndə dövlətin üçün beli əlinə ala bilmək… -Düz təhmindir. Işdən çəkinmək olmaz. Bizim səfirliyin mənə qədərki durumu son dərəcə bərbad idi. Konsulluq zirzəmidə. Həyətyanı sahəsi bərbad. Təhlükəsizlik sistemi mövcud deyildi. Hətta qonşu evdən kim istəsə səfirliyin həyətinə rahatça adlaya bilərdi. Bu səfirlik üçün ciddi təhlükə idi. Üstəlik müəmmalı işçi sayı vardı. Kimliyi bəlli olmayan adamlar işə cəlb edilmişdi. Ilk işçilərdən başladıq. Tanımadığımız adamları işdən uzaqlaşdırdır. Bu səfirlik üçün böyük təhlükədir bu.
– Bu nə üçün edilirdi?
– Bunu daha yaxşı o adamlar bilər ki, belə bir şəraiti yaratmışdılar. Təbii ki, hamısı maliyə oyunlarına bağlı idi. Həbs edilənlərin kimliyi də bunu təsdiqləmiş oldu.
– Nə qədər məsrəfi var idi səfirliyin?..
– Sizə deyim ki, səfirlik məsrəfləri barədə rəqəmli açıqlama verməyə bizim ixtiyarımız yoxdur. Amma onu da deməliym ki, ağılla davranılanda, özünü əziyyətə verəndə, həll olunmayan iş də yoxdur. -Yəni keçmiş həmkarınız deyə bilməz ki, səfirliyin büdcəsi yetərli deyildi, imkan yox idi vəsait ayrılmırdı…
– O bunu qətiyyən deyə bilməz. Bunun üçün heç bir əsas yoxdur. Onun səfirliyi dönəmində vəziyyət ikiqat yaxşı idi. Ona Moldovada böyük pullar gəlib, göndərilib.
– Siz gələndə vəziyyət necə idi?
– Düzü ürəkaçan heç nə yox idi. Və mən bunu yazmağı düşündüm. Hətta Elmar Məmmədyarova yazılı sənəd də hazırladım. Sonra düşündüm ki, axı səfirlikdə məndən əvvəl maliyyə vəziyyəti çox yaxşı olub, mən Azərbaycandan uzaqdayam . Yazdığım məktubu dövlətə başqa variantda tədim edərlər, yaxşı olmaz. Bunu düşünüb məktubu yollamadım.
– Bir erməni diplomatla, bir azərbaycanlı diplomatın əməkhaqqı müqayisə olunarsa mənzərə necə olar?
– Bunu sizə dəqiq deyirəm. Bir erməni diplomatın maaşı nə qədərdirsə, bir azərbaycanlı diplomatın maaşı onun iki-üç mislidir. Ona görə ki, Azərbaycan Prezidenti həmişə Qarabağ münaqişəsindən dolayı bizim onlardan bütün tədbirlərdə seçilmiş və üstün olmağımız məsələsinə önəm verib. Azərbaycanlı diplomat təminatlı olmalıdır, yaxşı maaş almalıdır, ermənidən qat-qat üstün yaşamalıdır. Yəni Azərbaycanda ən çox vəsait ayrlan sahələrdən biri olub səfilik və konsulluq idarələri. Amma görün o vəsaitlər necə tənzilmənib, necə idarə olunub, necə talanıb. Bu dövlətin başlatdığı həbs və araşdırma dalğasından çox aydın bəlli oldu. Bir dəfə Bakıda, XİN-də, səfirlərlə toplantıda Prezident qeyd etdi ki, sizin məqsədiniz dövlətə qulluq etmək, hücum diplomatları kimi bacarıqlı olmaqdır. Bunun üçün nə lazımdırsa dövlət edəcək və edir. Bu doğurdan da belədir. Çox sadə dillə deyim sizə, diplomatın ac olmaması üçün Azərbaycan dövləti hər şey edib, amma imkan verməyiblər.
– Moldovadakı Azərbaycan səfirliyinin binası, iş şəraiti zamanla Azərbaycan mediasının gündəmi olub. Daha dəqiqi şəraitin yaxşı olmadığı, utancvericiliyi qabardılıb. İndi də sabiq səfir İsfəndiyar Vahabzadə çıxışları ilə gündəmdir.
– O, daha çox tənqidə yönəldir mövqelərini və XİN-in diplomatik nümayəndələrini, hətta nümayəndəliklərini hədəf edir, nə qədər haqlıdır?
– Sabiq səfir Azərbaycan və milli maraq sevməyən adamdır. Gəlin belə danışaq, tutalım onun indi danışdıqlarının hamısı həqiqət idi. Niyə vəzifədə olanda danışmırdı? Və niyə indi danışır? Və ya pis olandan niyə bir bəyanat verib, istefaya getmirdi? Niyə qalırdı? Bu qəbil adamların özlərinin milli ruhu yoxdur və mənfəət adamlarıdır. Yəni şəxsən mən başqa nəsə gözləmirdim onlardan.
– Bu məsələlərin kökü haradan qaynaqlanırdı?
– Bu məsələlərin hər birinin arxasında Ramiz Mehtiyev dururdu. Və təbii ki, o, bu adamların hamısına himayədarlıq edirdi. İndi bir-bir hamısını dövlət cəzalandıracaq. Onlar bunu haqq edirlər. Ancaq demək lazımdır ki, sonu çox böyük uğurla nəticələnmiş olsa belə ağrılı prosesdir.
İndi bu İ.Vahabzadə. Çıxışlarına baxrsan adam guya müxalifətçi olub. İstəyirəm deyim ki, bu nə yanaşma, bu nə nifrətdir.
Adam, səni yaşına görə təqaüdə yollayıblar. Və əməllərindən dolayı, basıb yediklərindən dolayı heç bir caza almamısam.
Sən nə istəyirsən ax?!
– Növbəti sual üçün bir körpü də deyə bilərik buna.
-Diplomat olmaq üçün milli kadr olmaq nə dərəcə vaciblidir? Və ya belə soruşum dövlətçi diplomat olmaq üçün hansı keyfiyyətlər şərtdir?
– Çünki bu gün dövlət həm də bu sarıdan əziyyət çəkir, bütün sahələrdə bəlkə də bilərəkdən milli kadr qıtlığı yaranıb.
– Milli kadr deyəndə çoxu bunu milliyyət məsələsinə calayır. Biz multikultural dövlətik. Mənim standartımı desəniz, Azərbaycan dövlətçiliyinə qulluq etməyə hazır olan. Bunu canla-başla edən hər kəs milli kadrdır. İslahatlar aparıldıqca o məsələlər də həllini tapacaq mütləq, buna inanıram. Xatırlayırsınızsa İ.Vahabzadənin bir vairantı da Arif Əliyev idi. Sabiq səfirlər sırasındadır indi o da. Və dövlətin əleyhinə çalşan maliyyə mənbələrindən “qidalanır”. Bu dediklərim əsas verir söyləyək ki, hamısı diplomatiyada təsadüfü adamlar idi. Fəaliyyətdən uzaqlaşdırılandan sonrakı  davranışları bunu tamamən isbatladı.
– Moldovadakı Azərbaycan səfirliyini büdcəsi nə qədər idi? Bu indiki təmir üçün, tikinti üçün yetərli idimi? Yəni o da istəsəydi bunu edə bilərdimi?
– Təbii. Amma etmirdi. Bilirsinizmi, sizin sadaladığınız hər şey həm də milli dəyərdir. Azərbaycanda nə baş verir, diqqət edin?! indi siyasi mübarizəyə qalxanların əksəriyyəti elə bil bu dəyərlərin sarsılmsında maraqlıdır. Xatırlayırsınızmı, həbsdən çıxanda keçmiş səhiyyə naziri nə dedi? Dedimi ki, Prezident postundan getsin deyə, kiminlə olsa əməkdaşlğa hazıram, lap şeytanla da… Bu nə deməkdir? O deməkdir ki, lazım gəlsə düşmənlə, lap erməni ilə də işbirliyim olar, təki məqsədimə çatım. Bu tipli adamların milli dəyər anlayışı olmur. Onların konkret siyasi və ya biznes maraqları ola bilər, vəssalam. Çoxu düşünmür ki, mənə insan həyatları həvalə olunub, dövlət, Prezident etimad göstərib. Bundan sui istifadə olmaz. Bu işləri boşuna buraxmaq da olmaz…
Jalə Mütəllimova
Gununsesi.info