“Azəriqaz” İB-də media və QHT nümayəndələri ilə növbəti görüş olacaq

  • By admin
  • 08 Sentyabr 2022 19:06

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 9 sentyabr saat 11:00-da başlayacaq. Aksiya “Facebook” və “Instagram” (azerigas_ib) sosial şəbəkələri üzərindən canlı yayımlanacaq.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Gununsesi.info