Baş direktor nəzarətçi-çilingərlərə təşəkkür etdi - FOTOLAR

  • By admin
  • 08 Sentyabr 2022 19:02

“Sizi xüsusi qiymətləndiririk ki, digər nəzarətçi-çilingərlərə örnək olasınız. Bu gün burada olan əməkdaşlarımız SOCAR “Azəriqaz” İstehsalat Birliyinin seçilən, nümunəvi işçiləridir. İşini layiqli şəkildə icra edən hər bir əməkdaşa SOCAR rəhbərliyi xüsusi diqqət göstərir.”

Bu sözləri SOCAR “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Ağsu Regional qaz istismarı İdarəsinin xidmət sahələrində çalışan Birlik əməkdaşları ilə keçirilən görüş zamanı bildirib. Baş direktor əməkdaşların iş şəraiti ilə yaxından maraqlanıb. Nəzarətçi-çilingərlərə onları narahat edən problemlərini səsləndirmələri üçün şərait yaradılıb. Baş direktor nəzarətçi-çilingərlərin iş fəaliyyətini yüksək qiymətləndirərək, onlara təşəkkür edib.

Daha sonra Ruslan Əliyev SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Birliyin 14 əməkdaşını Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb.

Gununsesi.info