“AzNur” Çempionlar Liqasında növbəti matçını keçirib

  • By ilhame
  • 06 Sentyabr 2024 13:09

Azərbaycanın “AzNur” klubu Polşanın paytaxtı Varşavada keçirilən minifutbol üzrə Çempionlar Liqasında növbəti matçını keçirib.

 

Gununsesi.info xəbər verir ki, təmsilçimiz İsveçin “Qalport” klubu ilə qarşılaşıb.

 

Görüş 2:2 hesabı ilə yekunlaşıb. Azərbaycan komandasının heyətində V.Rəhimov (37) və R.Eyvazov (41) fərqləniblər.

 

Qeyd edək ki, “AzNur” ilk görüşdə Fransanın “Les Piopio” klubuna 2:1 hesabı ilə qalib gəlmişdi. Komanda bu gün axşam “Andezit”lə (Ukrayna) qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da keçiriləcək.

Gununsesi.info