Bakıda avtomobil 19 yaşlı qızı vurub

  • By Günel
  • 28 Mart 2025 08:07

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, 2006-cı il təvəllüdlü Qələndərova Nəzrin Yalçın qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info