Paytaxtın Nərimanov rayonunda iki nəfər polisə müraciət edərək içərisində 1600 manat və qızıl-zinət əşyaları olan çantalarının talanması barədə məlumat veriblər.
Gununsesi.info xəbər verir ki, Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Ş.Hüseynov və L.Əliyeva müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalar davam etdirilir.











