Bakıya yeni gətirilmiş avtobuslar istismara verildi

  • By admin
  • 24 Fevral 2022 11:11

Bu günlərdə Bakıya gətirilmiş, “Avro 6” standartına cavab verən 50 ədəd “Otokar” markalı, CNG mühərrikli avtobuslar istismara verilib.

Bu barədə Gununsesi.info-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, nəqliyyat vasitələri 18, 61, 65 və 85 nömrəli müntəzəm marşrut xətləri üzrə sərnişinlərin istifadəsinə verilib. Bu marşrut xətlərindən çıxarılan “İsuzu” markalı avtobuslar isə “Daewoo” markalı avtobusları əvəz etmək üçün 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə daşımalara cəlb edilib.

BNA-nın tapşırığına əsasən, daşıyıcı sərnişin tələbatını nəzərə almaqla, ayrı-ayrılıqda hər üç xətt üzrə gündəlik reysə 20 ədəddən artıq avtobus çıxarır. Bununla da, Bakı-Xırdalan istiqamətində gündəlik 100 min nəfərə yaxın sərnişinin daha rahat, maneəsiz və təhlükəsiz daşınması təmin edilib.

Gununsesi.info