
Fransanın baş naziri Fransua Bayrunun qızı Helene Perlant uşaqlıqda təhsil aldığı katolik məktəbində məruz qaldığı zorakılıqdan ilk dəfə danışıb. Cinsi zorakılıq qalmaqalları səbəbiylə xəbərlərdə yer alan Perlantın məktəbdəki təcrübələrini izah edən açıqlamaları, Baş nazir Bayrounun məktəblə əlaqələri səbəbiylə də siyasi müzakirələri qızışdırıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Fransanın baş naziri Fransua Bayrunun qızı Helene Perlant uşaqlıqda təhsil aldığı katolik məktəbində məruz qaldığı fiziki zorakılıqdan ilk dəfə danışıb.
İllərdir cinsi istismar qalmaqalları ilə bağlı olan Notre-Dame de Bétharram məktəbində yaşadıqlarını izah edən Perlant, bütün tələbələrin gözü qarşısında bir keşiş tərəfindən saçından sürükləndiyini və təpikləndiyini bildirib.
Perlant Paris Match-ə verdiyi müsahibədə 1980-ci illərdə qatıldığı yay düşərgəsində bütün tələbələrin gözü qarşısında bir keşiş tərəfindən döyüldüyünü deyib. O, yaşadığı travmanı “Qorxumdan şalvarıma sidiyə çıxdım və bütün gecəni orada qaldım” deyərək izah edib.
Qeyd edək ki, Katolik məktəbi Notre-Dame de Bétharram, 2024-cü ildən bəri 200-dən çox sui-istifadə şikayəti ilə bağlı xəbərlərdə yer alır. Onların 90-dan çoxu cinsi zorakılıqla, bəziləri dəstə zorlama iddiaları ilə əlaqədardır.
Orxan