Bayramda Bakı-Qəbələ qatarlarından istifadə dörd dəfəyə yaxın artıb

  • By ilhame
  • 15 Aprel 2024 13:03

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində (10-14 aprel) şəhərətrafı və ölkədaxili qatarlarla 46 907 sərnişin daşıyıb ki, bu da ötən ilin bayram günləri ilə müqayisədə 29% çoxdur.

 

Gununsesi.info-ya bu barədə ADY-dən məlumat verilib.

 

Məlumata görə, hesabat dövründə Bakı-Sumqayıt qatarları ilə sərnişindaşıma sayı 25% artaraq 37 813, Bakı-Ağstafa qatarları ilə sərnişindaşıma sayı 21% artaraq 6 649, Bakı-Qəbələ qatarları ilə sərnişindaşıma sayı isə 3,6 dəfə artaraq 2 445 olub.

Gununsesi.info