Beynəlxalq tədbirlərin mərkəzinə çevrilən ŞUŞA – Ermənilər hansı nəticələri çıxarmalıdır? – Deputatdan ŞƏRH

  • By admin
  • 12 May 2022 18:21

“Bu gün Şuşada başlanan “Xarıbülbül” Festivalı ruhumuzun qayıtması və dirçəlməsi qədər böyük mənəvi zövq verən bir hadisədir”.

Gununsesi.info xəbər verir ki, bunu  Milli Məclisin deputat Cavanşir Feyziyev deyib. Deputat bildirib ki, 28 il işğal altında qalmış Şuşanın tarixi görkəmi bərpa olunmaqla yanaşı, onun mədəniyyət paytaxtı funksiyası və ümumiyyətlə, xalqımızın mənəvi-ruhani qavrayışındakı yeri də özünə qayıdır.

“Bütün bunlarla Şuşa öz doğma xalqına qayıdır. Şuşada keçirilən bütün tədbirlər, xüsusilə mədəniyyət tədbirləri bu torpağın və bu şəhərin əzəldən türk mədəniyyətinə mənsubluğunun təsdiqidir. Şuşa özündə ən azı 270 illik bir yaranış tarixinin kübar mədəniyyətini və bu mədəniyyətin daşıyıcısı olan Azərbaycan xalqının adət və ənənələrini yaşadır. “Xarıbülbül” festivalı da öz başlanğıcını vaxtilə Heydər Əliyevin təşəbbüsü ilə məhz Xarıbülbülün vətənindən başlayıb və gözəl bir mədəniyyət ənənəsinə çevrilib. Bu gün bu ənənənin bərpa və davam etdirilməsi təşəbbüsü isə Şuşanı böyük qəhrəmanlıqlar göstərərək düşmən caynağından qoparmış prezident İlham Əliyevin Şuşanın tarixinə, onun ənənələrinə verdiyi dəyərin ifadəsidir”.

“Şuşanı dirçəldən bərpa-quruculuq işləri ilə yanaşı onu mədəniyyət paytaxtı kimi yaşadan bu cür tədbirlər Şuşanın Azərbaycan olduğunu bütün dünyaya göstərən və sübut edən tarixi hadisələrdir” – deyə, C.Feyziyev əlavə edib:

Gununsesi.info