Paşinyan Rusiya rəsmiləri ilə kommunikasiyalardan danışdı

  • By admin
  • 12 May 2022 18:24

Rusiya Baş nazirinin müavini Sergey Overçuk və xarici işlər nazirinin müavini Andrey Rudenko İrəvana səfər edib.

 

Gununsesi.info xəbər verir ki, onlar burada Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşüb.

 

Görüş zamanı Cənubi Qafqazda kommunikasiyaların açılması müzakirə edilib.

 

Paşinyan görüş zamanı bildirib ki, Ermənistan regional avtomobil və dəmir yolu kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində görülən işləri yüksək qiymətləndirir.

Gununsesi.info