Binəqədi Məhkəməsindən tanınmış vəkilə qarşı qanunsuz qərar

  • By admin
  • 14 Noyabr 2022 19:44

 

Bakı Şəhər Binəqədi Rayon Məhkəməsi tanınmış vəkil Elçin Sadıqovun daha bir şikayətini rədd edib.

Bu barədə Gununsesi.info-ya vəkilin özü bildirib.

Onun sözlərinə görə,  hakim  Mahirə Muradovanın sədrliyi ilə keçirilən prosesdə onun  Baş Prokurorluğunun istintaq idarəsinə qarşı telefonlarımın və kompüterinin yaddaş kartının götürülməsi, açılması, məlumatların ələ keçirilməsi, telefonların və yaddaş kartının geri qaytarılmamasının qanunsuz hesab edilməsi barədə şikayəti  təmin edilməyib:

Prokurorluq bildirdi ki, Elçin Sadıqovun vəkillik fəaliyyəti ilə bağlı məlumatlara baxamayacağıq. Hakim də, dərhal buna “inandı”.

Qərar verdi ki, “vəkil sirri”   boş şeydir, əsas olan odur ki, prokurorluq narazı qalmasın.Qərardan apelyasiya şikayəti verdim”.

Günay 

Gununsesi.info-ya