Binəqədi rayonunda yanğın olub

  • By Mina
  • 19 Aprel 2024 16:47

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 20 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları, yaxınlıqda ümumi sahəsi 120 m² olan birmərtəbəli evin 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Hər iki evin qalan hissəsi və yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info