Brent yenidən dəyər itirdi: 89 dollara düşdü - Vüqar Gülməmmədov

  • Müəllif: Orxan
  • 30 İyul 2026 09:34

Dünya bazarında neft qiymətlərində azalma qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, “ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” markalı neftin 2026-cı ilin sentyabr ayı üzrə ixrac müqaviləsinin dəyəri 1,1% azalaraq bir barel üçün 89,74 ABŞ dolları təşkil edib.

Eyni zamanda, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin avqust ayı üzrə ixrac edilməklə “WTI” markalı neftin bir barelinin qiyməti də 0,86% ucuzlaşaraq 83,73 ABŞ dollarına enib.

Beləliklə, hər iki əsas etalon neft markası üzrə qiymətlər ticarət sessiyası ərzində eniş nümayiş etdirib.

Gununsesi.info