
Britaniyanın gündəlik qəzeti “Guardian” Ukrayna prezidenti Vladimir Zelenskinin qarşıdan gələn prezident seçkilərində uduzacağından narahat olduğunu bildirib.
Gununsesi.info-nun məlumatına görə, “Guardian” qəzetinə danışan mənbə bildirib ki, İkinci Dünya Müharibəsi zamanı Britaniyaya rəhbərlik etmiş, lakin seçkilərdə uduzan o vaxtkı baş nazir Uinston Çörçillin fenomeni Ukrayna liderinin narahatlığına səbəb olub.
Məlumatda deyilir ki, Ukrayna siyasətçiləri müharibə bitdikdən sonra Zelenskinin cari hadisələrə hazırlıq səviyyəsi ilə bağlı suallara qayıdacaqlar.
Bundan əvvəl Zelenski Ukraynada prezident seçkilərinin keçirilməsini məqsədəuyğun hesab etmədiyini bildirib. Ukrayna liderinin fikrincə, seçki məsələsi köhnəlib və bu məsələyə son qoyulmalıdır.
Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddəti uzadılıb. 2024-cü ilin yazında keçirilməsi planlaşdırılan seçkilərin keçirilməməsinə qərar verilib.
Gununsesi.info