Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı

Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının yeni lideri Rişi Sunak ölkənin Baş naziri vəzifəsinin icrasına başlayıb.

Gununsesi.info  xarici mediaya istinadən xəbər verir ki, Sunak Bukinqem sarayında Kral III Çarlzla görüşərək ondan hökumətin qurulmasına dair mandat alıb.

Qeyd edək ki, Rişi Sunak sentyabrın 8-i taxta çıxan III Çarlzın təsdiq etdiyi ilk Baş nazir olub.

Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Liz Trass ötən həftə oktyabrın 20-si istefa verdiyini elan edib. O, ona həvalə edilən öhdəliklərin öhdəsindən gəlmədiyini etiraf edib. Oktyabrın 24-də Trassın postuna Rişi Sunak seçilib.

Gununsesi.info