Bu klub İngiltərə Premyer Liqasını tərk edəcək

  • By admin
  • 01 May 2022 11:19

Futbol üzrə İngiltərə Premyer Liqasını tərk edəcək ilk klub müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, “Norviç Siti” ölkə çempionatının 35-ci turunda “Aston Villa”ya 0:2 hesabı ilə uduzaraq yüksək liqada qalmaq şanslarını itirib.

21 xalla turnir cədvəlində sonuncu – 20-ci pillədə olan “Norviç Siti” son 3 mövsümdə ikinci dəfə Premyer Liqanı tərk edəcək.

Gununsesi.info