
“Vaksinasiyada aktiv iştirak etmək lazımdır ki, üzümüzə gələn dalğalarda daha ağır xəstələnməyək”.
Gununsesi.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “COVID-19” mövzusunda çıxışında deyib.
O bildirib ki, hətta buster doza insanlarda immuniteti 2 həftə sonra gücləndirir: “Güman edirik ki, sonuncu dalğa daha qısa müddətdə olacaq. Bu gün vurulan buster doza belə növbəti dalğadan qorunmaq üçün əsasdır”.
Gununsesi.info