Çeçen könüllülər qrupu Donbasa getdi - Kadırov açıqladı

  • By admin
  • 11 Noyabr 2022 19:45

Çeçenistandan yeni könüllülər qrupu Donbasa gedib.

Gununsesi.info xəbər verir ki, bunu Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bildirib.

“Biz könüllülər adlanan daha bir həmfikirlər qrupunu, əsl vətənpərvərləri Rusiya Donbası ərazisinə müşayiət etdik”, – deyə o “Teleqram-kanal”ında yazıb.

Onun sözlərinə görə, könüllülər odlu silah, taktiki, mühəndis-texniki, eləcə də topoqrafik və tibbi hazırlıq üzrə qısamüddətli kursu bitiriblər.

O əlavə edib ki, könüllülər real döyüş vəziyyətinə mümkün qədər yaxın şəraitdə səngər döyüşü texnikasını da işləyiblər.

Oktyabr ayında Kadırov Ukraynadakı xüsusi əməliyyat zonasına daha 70 min döyüşçü göndərməyə hazır olduğunu bəyan edib.

Gununsesi.info