Çexiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Venesuelanı tərk etməyi tövsiyə edib.
Gununsesi.info xəbər verir ki, bu barədə ČTK xəbər agentliyi məlumat yayıb.
“ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) xəbərdarlığından sonra əksər aviaşirkətlər bölgədə hərbi fəaliyyətin artması səbəbindən Karakasa uçuşları ləğv edib. Biz Çexiya vətəndaşlarına bütün mövcud vasitələrdən istifadə edərək mümkün qədər tez Venesuelanı tərk etməyi tövsiyə edirik”, – deyə bildirilib.
Qeyd edək ki, müxtəlif ölkələrdən çoxsaylı aviaşirkətlər Venesuelaya uçuşları dayandırıb. Ölkəyə beynəlxalq hava nəqliyyatı hazırda onun milli aviaşirkətləri və Kolumbiyanın “Wingo” şirkəti tərəfindən təmin edilir.












