Ceyhun Bayramov Nazim Bəydəmirlini niyə unudub?

  • By admin
  • 08 Aprel 2024 12:32

Azərbaycan Xarici İşlər Nazirliyinin Haaqada saxlanılan ətraf mühit fəalı ilə bağlı bəyanatı Azərbaycanda birmənalı qarşılanmayıb.

Qeyd edək ki, XİN öz bəyanatında Niderland hakimiyyətinə çağırış edərək,  tanınmış iqlim fəalı Qreta Tunberqin Haaqada dinc nümayiş zamanı saxlanılmasından narahat olduğunu bildirib, iqlim etirazçılarının ifadə azadlığına hörmət etməyə və saxlanılanları azad etməyə çağırıb.

Nazirliyin bu bəyanatının sosial şəbəkələrdə tənqid olunmasına səbəb isə Azərbaycanda çoxsaylı jurnalistlərin, siyasi fəalların və ekologiya məhbusu Nazim Bəydəmirlinin həbsdə olmasıdır.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri cənab Ceyhun Bayramov əslən Gədəbəy   rayonundandır.

O, həmyerlisi, köhnə tanışı və doğulduğu rayonun sabiq deputatı Nazim Bəydəmirlinin məhz Söyüdlü kəndindəki ekoloji fəlakətə etiraz edən insanların haqsız yerə döyülməsinə, həbs olunmasına qarşı çıxdığı üçün  həbs edildiyini bilməmiş deyil.

Bəyanatı bir yana qalsın, şəxsi nüfuzu və əlaqələrindən  istifadə edərək, Nazim Bəydəmirlinin azadlığa çıxması üçün təşəbbüs də göstərməyib.

Hələ Söyüdlüdə sadə insanlara qarşı baş  verənlər, saxlanan çoxsaylı sakinlərin azadlığa çıxması üçün Gədəbəydən olan ziyalıların da müraciətləri Ceyhun Bayramov tərəfindən qulaqardına vurulub.

 

Gununsesi.info