Çin bunu etmək niyyətində deyil - Diplomat

  • By admin
  • 16 Mart 2022 10:45

Çin Avropa regionunda gərginliyi azaltmağa çalışacaq və Ukraynadakı münaqişəyə “od vurmayacaq”.

Gununsesi.info xəbər verir ki, bu barədə Böyük Britaniyadakı Çin səfirliyinin mətbuat katibi bildirib.

Onun sözlərinə görə, Çin bütün səylərini Ukraynada “gərginliyin azaldılmasına” yönəldəcək.

Diplomat vurğulayıb ki, Pekin üçün prioritet hazırda mövcud olan qan tökülməsinə həll yolu tapmaqdır.

“Gərginliyin mümkün qədər azaldılması, alova yanacaq tökülməməsi son dərəcə vacibdir. Çin siyasi həllə nail olmaq üçün bütün konstruktiv beynəlxalq səyləri dəstəkləyir və sülhün əldə olunmasında konstruktiv rol oynamağa davam edəcək” – deyə məlumatda bildirilir.

Çinin Rusiyaya hərbi dəstək təklif etməyə hazır olması ilə bağlı iddialara cavab verən sözçü Vaşinqtondakı mənbələrin Çin haqqında dəfələrlə “saxta xəbərlər” yaydıqları üçün etibarsız olduğunu qeyd edib.

Gununsesi.info