Ukraynada 10 mindən çox cütlük evləndi

  • By admin
  • 16 Mart 2022 10:55

Ukraynada müharibə başlayandan bu günə qədər (21 gün ərzində – red.) 10 683 cütlük münasibətlərini qanuniləşdirmək qərarına gəlib. 

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Ədliyyə Nazirliyindən məlumat verilib.

“İşçilərimiz hətta müharibə şəraitində belə sizin üçün çalışmaqda davam edir! Güc hər birimizdədir” – nazirliyin bəyanatında deyilir.

Qeyd olunub ki, çətin anlarda belə ukraynalılar ruhdan düşmürlər. Onlar sevməyə, planlar qurmağa və uşaq sahibi olmağa davam edirlər.

Həmçinin, 24 fevral-15 mart tarixlərində Ukraynada 10 767 körpə doğulub.

Gununsesi.info