
ABŞ prezidenti Donald Trampın Danimarkanın muxtar bölgəsi olan Qrenlandiyanı almaq planına cavab olaraq, “Kaliforniya əyalətini Danimarka ərazisi” etmək üçün kampaniya başlayıb. Saytda “Danishation” adlı kampaniyaya start verilib, 200 min imza toplanıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Danimarkanın muxtar bölgəsi olan Qrenlandiyanı almaq planına cavab olaraq, “Kaliforniya ştatını Danimarka ərazisi” etmək üçün kampaniya başladılıb.
Kampaniya ilə bağlı “Danimarkalaşma” adlı internet saytında açıqlama verilib.
Açıqlamada deyilir ki, kampaniya Trampın Qrenlandiyanı almaq planına cavab olaraq Kaliforniya ştatını ABŞ-dan alıb Danimarka ərazisinə çevirmək məqsədi daşıyır.
Açıqlamada Respublikaçı Trampın demokratların qalası sayılan Kaliforniyanı sevmədiyi mesajı verilib və “Tramp Kaliforniyanın ən böyük pərəstişkarı deyil. Əminik ki, o, məqbul qiymətə ondan imtina etməyə hazır olacaq”. ifadəsindən istifadə edilmişdir.
Orxan Saffari