“Dinc insanlar qətlə yetirildi” – Fransa səfiri

  • By admin
  • 20 Yanvar 2021 13:16

Fransanın Azərbaycandakı səfiri Zakari Qross 20 Yanvar faciəsi haqqında paylaşım edib.

 

Gununsesi.org  Trend-ə istinadən bildirir ki, səfir öz “Twitter” səhifəsində Sovet qoşunlarının Bakıda dinc əhalini qətlə yetirdiyini vurğulayıb:

“1990-cı ilin bu günü Sovet qoşunları Bakıda kütləyə atəş açdı. 130-dan çox dinc nümayişçi və ətrafda olan insanlar öldürüldü. İki ildən az müddət sonra Azərbaycan müstəqilliyini elan etdi”.

Gununsesi.org