Dövlət büdcəsinin gəlir və xərcləri artırılır

  • By admin
  • 20 İyun 2022 11:17

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Gununsesi.info xəbər verir ki, dəyişikliyə əsasən Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlir və xərcləri 8 faizdən çox artırılır.

2022-ci il üzrə yenidən baxılmış dövlət büdcəsinin gəlirləri 29197,8 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2.381,8 milyon manat və ya 8,9 faiz çoxdur.

Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 29 197 800,0 min manat, xərcləri 32 303 800,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 28 167 624,0 min manat, yerli gəlirləri 1 030 176,0 min manat, mərkəzləşdirilmiş xərcləri 31 233 684,0 min manat, yerli xərcləri 1 070 116,0 min manat) məbləğində təsdiq edilir.

Gununsesi.info