Dünya 128 yaşlı “Dünyanın ən yaşlı insanı” Yohanna Mazibukodan danışır. Mazibukonu önəmli edən təkcə onun yaşı deyil. Orta insan ömründən daha uzun yaşayan Mazibuko uzun ömür sürməsinin sirri üçün iki qidaya işarə edib.
Gununsesi.info bildirir ki, xarici mətbuatda yayılan xəbərlərdə “dünyanın ən yaşlı insanı” adı müxtəlif adamlara verilir. Bəziləri rəsmi olaraq tanınsa da, bu insanların çox vaxt doğum haqqında şəhadətnamələri olmadığından vəziyyəti daha da mürəkkəbləşdirir.
Bu insanlardan biri də Yohanna Mazibukodur. Dünyanın ən yaşlı insanlarından biri olan cənubi afrikalı Yohanna Mazibukonun son aylarda 128 yaşı tamam olub.
Bir fermada doğulan və 12 bacının ən böyüyü olan Yohanna Mazibuko təsərrüfatlarda çox yaxşı şəraitdə yaşadığını və heç bir problem yaşamadığını bildirib.
Uşaqlığını dəqiq xatırlamadığını deyən yaşlı qadın təsərrüfatlarda çəyirtkə istilası olanda bəzilərinin tutub yediyini və ət dadının olduğunu bildirib.
O, böyüyəndə yediyi qidaların arasında təzə süd və yabanı ispanaq olduğunu söyləyib. Britaniyanın “Mirror” qəzeti yazır ki, yaşlı qadın bu qidaların 128 yaşını qeyd etməsinə yardım etdiyini bildirib.
İndi müasir yeməklər yediyini deyən Mazibuko uşaqlığının yeməkləri üçün çox darıxdığını əlavə edir.
Yadına sala bilmədiyi yaşda qoca dul kişi ilə evləndiyini deyən qadın ərinin ona çox yaxşı baxdığını da bildirib.
Mazibukonun 7 uşağı var, onlardan 2-si sağdır. Ailəsində də 50-yə yaxın nəvə və nəticə var.
Yaşlı qadın insanların pəncərəsindən onu görəndə çox heyran olduğunu da dilə gətirib.
Rəsmi olaraq dünyanın ən yaşlı insanı kimi tanınan yapon Keyn Tanaka bu yaxınlarda 119 yaşında vəfat edib. Keyn Tanaka 2019-cu ildə Ginnesin Rekordlar Kitabına düşüb. Tanakanın tapmacaları sevdiyi məlum idi. Bundan başqa yaşlı qadın şokolad və qazlı içkilər də qəbul edib. Tanakanın ölüm səbəbi qocalıqdır. Onun qocalar evində müalicə olunduğu və aprelin 19-da dünyasını dəyişdiyi öyrənilib.
İlkin məlumatlara görə, onun yerinə 118 yaşlı fransız rahibə Lucile Andre Randon gəlib. Əldə edilən məlumata görə, o, 1904-cü il fevralın 11-də anadan olub. Onun haqqında daha bir təfərrüat var. Rahibə ötən aylarda koronavirusa yoluxub və sağalıb.
Gununsesi.info