Dünyanın ən böyük təyyarəsi Danimarkaya uçdu

  • By admin
  • 06 Fevral 2022 18:28

Ukraynanın nəhəng An-225 “Mriya” təyyarəsi Danimarkaya üçüncü uçuşunu həyata keçirib.

 

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Avropa ölkəsində ciddi maraq doğurub.

 

Bu barədə yerli “Kristeligt Dagblad” qəzeti məlumat yayıb.

 

An-225 “Mriya” dünyanın ən böyük yük təyyarəsidir. Onun Danimarkanın Billund şəhərindəki hava limanında enişini minlərlə tamaşaçı izləyib. Onların çoxu başqa ölkələrdən – Almaniya, Finlandiya, Böyük Britaniya və Norveçdən gəlib.

 

Təyyarə, COVID-19 epidemiyasının yeni dalğasının ortasında Çindən Danimarkaya çox vacib bir yük çatdırıb. Söhbət 2,5 milyon koronavirus test dəstindən gedir. Danimarka hakimiyyəti xəstəliyin erkən aşkarlanması və yayılmasının qarşısının alınması üçün onları müxtəlif şəhərlərə paylamaq niyyətindədir. An-225 fevralın 4-ü cümə günü axşam Danimarkaya eniş edib. Bir gün keçməmiş Qostomeldəki “Antonov“ aerodromuna enərək Ukraynaya qayıdıb.

 

Bildirilirdi ki, təyyarənin göyərtəsində Ukrayna ordusu üçün Danimarka silahları ola bilər. Lakin bu məlumat təsdiqini tapmayıb.

 

An-225 “Mriya” (NATO kod adı “Cossack”) dünyanın ən böyük nəqliyyat təyyarəsidir. O, Ginnesin Rekordlar Kitabına daxil edilib. İndiyə qədər cəmi bir ədəd belə təyyarə istehsal edilib. Təyyarənin uzunluğu 84 m, qanadlarının açıqlığı isə 88 m-dən çoxdur. An-225-in maksimal sürəti 850 km/saat, yük tutumu isə 250 ton təşkil edir.