Əli Əsədov Cevdet Yılmaza zəng etdi

  • By Ayshan
  • 11 Noyabr 2025 20:16

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və Azərbaycanın Baş naziri Əli Əsədov arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə C.Yılmaz “X” sosial şəbəkəsi hesabında yazıb.

Telefon danışığı zamanı Əli Əsədov bildirib ki, Azərbaycan həmrəylik əlaməti olaraq prosesi diqqətlə və qətiyyətlə izləyir.

Türkiyənin vitse-prezidenti Əli Əsədova qardaş Azərbaycan xalqı adından verdiyi başsağlığı və göstərdikləri səmimi həmrəyliyə görə təşəkkür edib.