Elman Nəsirov dediklərini təkzib etməli və üzr istəməlidir - Məlahət İbrahimqızından həmkarına sərt cavab

  • By admin
  • 17 Sentyabr 2020 15:52

 

Milli Məclisin İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasında deputat Elman Nəsirovun Əfv Komissiyasının köhnə tərkibi haqqında dedikləri birmənalı qarşılanmayıb. 

Deputat iddia edib ki, komissiya ötən dövrdə üzərinəd üşəni etməyib.

Əfv Komissiyasının sabiq üzvü, millət vəkili Məlahət İbrahimqızı isə Gununsesi.info-ya açıqlamasında həmkarının söylədiklərindən təəssüfünü ifadə edib: “Elman Nəsirovun ad çəkməyərək, Əfv Komisiyasının keçmiş üzvü olmuş millət vəkillərinin ünvanına ədalətsiz fikirləri səsləndirməsindən təəssüf edirəm. O idda edib ki,  millət vəkilləri arasındaəfvlə bağlı bütün “işlərini” sürücüsü və ya köməkçisi ilə həll edirmiş. Hesab edirəm ki, bu cür məsiliyyətsiz fikir səsləndirmək millət vəkilinə yaraşmaz. Birincisi, millət vəkili qeybət, dedi-qodu ilə rəsmi tədbirlərdə fikir səsləndirirsə bu deputat adına yaraşmaz. İkincisi, əgər faktı bilirsə və adını bilirsə o millət vəkilinin adını çəkməlidir. Çünki, Əfv Komisiyyasına təkrar salınmayan cəmi 3 deputatdır. Tələb edirəm ki, o təcili təkzib verməlidir. Bu iddiasında qalırsa adı və faktı səsləndirməlidir.Əks təqdirdə üzr istəməlidir”.

 

Taryel İbrahimov 

Gununsesi.info