Avrozonada deflyasiya qeydə alınıb

  • By admin
  • 17 Sentyabr 2020 15:49

Bu ilin avqust ayında Avrozonada illik inflyasiya iyul ayı ilə müqayisədə 0,6 faiz bəndi azalaraq -0,2% olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin hesabatında (Eurostat) bildirilir.

Ötən ay ümumilikdə Avropa İttifaqında (Aİ) isə illik inflyasiya 0,5% azalaraq 0,4%-ə düşüb.

Hesabat ayında Aİ ölkələri arasında ən yüksək illik inflyasiya Macarıstanda (4%), Polşada (3,7%) və Çexyada (3,5%), ən aşağı illik inflyasiya isə Kiprdə (-2,9%), Yunanıstanda (-2,3%) və Estoniyada (-1,3%) qeydə alınıb.

 

 

Gununsesi.info