Qaret Beyl “Tottenhem” klubu ilə anlaşıb

  • By admin
  • 17 Sentyabr 2020 16:08

İspaniyanın “Real” klubunun futbolçusu Qaret Beyl yenidən İngiltərədə çıxış edəcək.

Gununsesi.info-nun məlumatına görə, 31 yaşlı hücumçu sabiq komandası “Tottenhem”lə anlaşıb.

 

Klublar arasında razılığa əsasən, Uels millisinin üzvü 2020/21 mövsümünü icarə əsasında Premyer Liqa təmsilçisində keçirəcək. Beyl yeni komandasında tibbi müayinədən keçmək və münasibətləri rəsmiləşdirmək üçün sentyabrın 18-də Londona yollanacaq.

 

Qeyd edək ki, Qaret Beyl 2007-2013-cü illərdə “Tottenhem”in heyətində 203 oyun keçirib, 56 qol, 58 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 

Gununsesi.info